“1 xal qazandıq, ancaq daha çoxunu istəyirdik”.
Prosport.Az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Renat Dadaşov Litva oyunu (1:1) sonrası sosial şəbəkə hesabında yazıb. O, daha sonra belə davam edib:
“Son ana qədər birlikdə mübarizə apardıq və istədiklərimizdən fərqli bir nəticə olsa da, həvəsli və fokuslanmış qaldıq. Nə edə biləcəyimizi bilirik və indi Lixtenşteynə qarşı növbəti oyun üçün tam hazırıq. Birlikdə irəliləməyə davam edirik. Birlikdə inanırıq”.
