"Qəbələ" futbol komandasının məşqçilər korpusuna iki yeni mütəxəssis cəlb olunub.
Prosport.Az xəbər verir ki, baş məşqçi Jeton Bekiriyə Burhan Emurlai və məşqçi-analitik Arvid Breqasi kömək edəcəklər.
Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər.
