Almaniyanın "Bayer" klubunun futbolçusu İbrahim Maza karyerasını İngiltərədə davam etdirə bilər.
Prosport.Az "Teamtalk"a istinadən xəbər verir ki, "Arsenal" və "Tottenhem" 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Hər iki klubun nümayəndələri Əlcəzair millisinnin üzvünü izləyir, onun inkişafını və transfer imkanlarını qiymətləndirirlər.
İbrahim Mazanın Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, "Arsenal" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"ın rəqiblərindən biridir.
