“Bakıya favorit kimi gedəcəyik. Yeganə məqsəd qrupda 1-ci yeri tutmaqdır”.
Sportify.az xəbər verir ki, bunu Litva millisinin futbolçusu Edqaras Utkus evdə Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının oyunundan sonra deyib.
Səudiyyə Ərəbistanının “Əl Xolud” komandasından dəvət almış mərkəz müdafiəçisi ilk iki oyunda topladıqları 4 xalı da kifayət hesab etmədiyini bildirib.
26 yaşlı oyunçu Azərbaycan millisinin vurduğu bərabərlik qolunu da sərt şəkildə qiymətləndirib: “Çox uşaqcasına, çox ucuz qol buraxdıq. Buna görə çox təəssüflənirəm və üzülürəm”.
Utkus Litva yığmasının topa daha çox sahib olaraq hücum etdiyi oyunlarda müəyyən çətinliklərinin olduğunu etiraf edib: “Çox nadir hallarda biz “bir nömrə” kimi oynayırıq və rəqibdən daha çox topa sahib oluruq. Daha yaxşı imkanlar yaratmaq üçün necə, harada və nəyi hücum etməli olduğumuzu müəyyənləşdirməliyik”.
Qeyd edək ki, Litva millisi Azərbaycanla ilk oyundan sonra qrupda 4 xalla liderliyini qoruyub. Komandalar oktyabrın 4-də Bakıda yenidən qarşılaşacaqlar.
