FIFA referesi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Gürcüstan - Ukrayna oyununu idarə edəcək.
Prosport.Az xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. 4-cü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək. İnqilab Məmmədov isə videoköməkçi hakim (AVAR) kimi fəaliyyət göstərəcək.
Görüş sentyabrın 28-də Tbilisidə yerləşən “Dinamo Arena”da keçiriləcək.
