Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Qol sayında Emin Mahmudova çatmaq istərdim” – Mahir Emreli
    27.09.2026 22:46:58

    UEFA Millətlər Liqasında Litva ilə səfərdə 1:1 hesablı heç-heçə edən Azərbaycan milli komandasının yeganə qolunun müəllifi Mahir Emreli qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az-ın Litvanın Kaunas şəhərinə ezam olunmuş əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

    “Nəticə, məncə, müəyyən qədər ədalətli oldu. Amma oyunun bəzi məqamlarına və 100%-lik qol epizodlarına baxsaq, düşünürəm ki, biz daha çox şans əldə etdik. İlk hissədə topla daha çox nəzarət edən tərəf idik. 2-ci yarıda isə rəsmi matçın təzyiqindən bəzi diqqətsizliklər oldu və üstünlük rəqibə keçdi. Buna baxmayaraq, onlara real qol şansı vermədik. Yaxşı epizodlarımız var idi və qalib gələ bilərdik. Xüsusilə bu gün ölkəmizi sevindirmək istəyirdik. Təəssüf ki, heç-heçə alındı, amma artıq bu oyunu unudub qarşıdakı iki matçda qələbə qazanmağa köklənməliyik”.

    Hücumçu baş məşqçi Ayxan Abbasovun fasilədə futbolçulara verdiyi tapşırıqları və komandanın göstərdiyi reaksiyanı xüsusi vurğulayıb:

    “Baş məşqçimizin ilk qeyd etdiyi məqam qol buraxdıqdan sonra komandanın göstərdiyi reaksiya oldu. Bu, çox vacib idi. Qoldan sonra topu götürüb mərkəzə qaçdım, uşaqlar başlarını yuxarı qaldırdılar və hamımız bir-birimizə dəstək olduq. 2-ci hissəyə çıxanda da inanırdıq ki, qolların davamı gələcək. Ayxan müəllim tapşırdı ki, oyuna nəzarət edək, müdafiədə səhvsiz oynayaq. Dedi ki, qol vura bilməsək də, artıq qol buraxmamalıyıq. Meydanda olanlar da, oyuna sonradan daxil olanlar da tapşırığı layiqincə yerinə yetirdi”.

    Mahir Emreli xüsusi günlərdə fərqlənməyin onun üçün böyük fəxr olduğunu bildirib. O, millidə qol sayında Renat Dadaşovu qabaqlayıb hazırda yığmada oynayan futbolçular arasında 2-ci yerə yüksəlməsindən də danışıb:

    “Səmimi deyim, əsas motivasiyam qolumun məhz Anım Gününə təsadüf etməsi idi. “Qarabağ”da oynayanda da Şuşanın azad olunduğu gün və ya əsgər salamı verəndə bu hisslərə xüsusi yanaşmışam. Daxilimdəki vətənpərvərliyi gizlədə bilmirəm. Avropada bunu bəzən fərqli qarşılasalar da, mən belə insanam. Bu qol karyeramda xatırlayacağım ən önəmli qollardan biri kimi qalacaq. Təbii ki, milli komandada bombardirlər siyahısında Emin Mahmudova da çatmaq istəyərdim”.

    Futbol

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52
    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Futbol

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Futbol

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Sabah” – “Barselona” oyunu ilə bağlı 5 maraqlı fakt

    24.11.2026 16:51:52

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21

    "Uşaq vaxtı bunların xəyalını qururdum" - "Sabah"ın legioneri

    24.11.2026 10:24:09

    Yamalın Bakıya gətirilməməsinin əsl səbəbi bilindi

    24.11.2026 10:00:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved