“Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik”.
Prosport.Az xəbər verir ki, bunu Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan yığmasına qarşı keçirdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşmanı dəyərləndirib:
“Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Onları qələbə ilə sevindirmək istəyirdik. Təəssüf ki, istədiklərinizi meydanda tam icra edə bilmədik. Əlverişli epizodları dəyərləndirə bilmədik. Amma uduzmamaq da önəmlidir.
Qrup liderliyi uğrunda mübarizə aparırıq. Bu baxımdan Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür. Səfər görüşündən əlverişli nəticə ilə ayrılmağa çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də keçirəcək. Yığmamız saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynlə qarşılaşacaq.
