Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov
    27.09.2026 20:42:40

    UEFA Millətlər Liqasının D Liqası çərçivəsində səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis ilk növbədə görüş barədə ümumi fikirlərinizi bildirib.

    – Bu gün ölkəmizdə Anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Torpaqlarımızın suverenliyi uğrunda canından keçən qəhrəmanlarımıza minnətdarıq. Bu baxımdan futbolçularımızın üzərində mənəvi bir məsuliyyət və təzyiq var idi. Lakin onlar ilk dəqiqədən sonadək əsl mübarizə əzmi nümayiş etdirdilər. Bizim üçün səfər matçı hiss etdirməyən azarkeşlərimizə də minnətdaram. Oyuna gəlincə, rəqibin ilk dəqiqələrdən pressinq edəcəyini bilirdik. Təəssüf ki, erkən qol buraxdıq. Amma təyin olunan penalti epizodu mənim üçün sual altındadır. Həmin an ilk olaraq Emil Səfərovun ayağı tapdalanmışdı, lakin VAR müdaxilə etmədi. Buna baxmayaraq, komanda psixoloji olaraq dağılmadı, intizamı qorudu və Mahir Emrelinin qolu ilə hesabı bərabərləşdirdi. Xüsusilə 70-ci dəqiqədən sonra tam üstünlük bizdə idi, sadəcə hücumların son nöqtəsində tələskənlik etdik. Sıx qrafikdə zədə vermədən səfərdən xalla dönmək vacib idi.

    – Erkən buraxılan qoldan və ilk dəqiqələrdə alınan sarı vərəqələrdən sonra komandanı psixoloji gərginlikdən necə çıxardınız?

    – Meydanda hər cür ssenariyə hazır olmalıyıq. Fasilədə paltardəyişmə otağında futbolçularımıza bildirdik ki, oyunun gedişində qol vurmaq da var, buraxmaq da. Əsas məsələ taktiki intizamı pozmamaq və sistemdən kənara çıxmamaq idi. Oyunçularımız çox yaxşı reaksiya verdilər, ruhdan düşmədilər və layiqli cavab qolu vurdular.

    – Yaratdığımız real qol imkanlarının sayına baxsaq, deyə bilərikmi ki, bu gün 2 xal itirdik?

    – Rəqibə hörmətlə yanaşıram, amma bəli, sırf qol epizodlarının keyfiyyətinə görə 2 xal itirdiyimizi demək olar. Abdullax Xaybullayevin gözəl dribblinqi, Mahir Emrelinin 2-nci hissədəki təhlükəli epizodları qolla nəticələnə bilərdi. Təbii ki, rəqibin də şansları var idi, gərgin oyun alındı. Amma ən sevindiricisi odur ki, futbolçularımızda milli formanın məsuliyyətini və böyük istəyi gördük. İnamımız artır, qələbələr də gələcək.

    – Səfərdə heç-heçədən sonra əsas prioritetiniz qrup liderliyidir?

    – Bəli, hədəfimiz yalnız liderlikdir. D Liqasında yer almağımızla heç birimiz barışmırıq. Biz inkişaf etmək, C Liqasına qalxmaq və daha güclü rəqiblərlə mübarizə aparmaq istəyirik. Bizi futbol ölkəsi kimi qəbul etmələri üçün qrupdan çıxmalıyıq. Mahir Emreli kimi futbolçularımız xaricdə müntəzəm oynayanda bunun milli komandaya necə müsbət təsir etdiyini görürük. Rüfət Abbasov kimi gəncləri də cəlb edirik ki, gələcəyin komandasını quraq.

    – Milli komandada görünən bu əzmkarlıq və oyun dəst-xətti sizin tam istədiyiniz səviyyədədirmi?

    – Bəli, müsbət dinamika var. Məsələn, Tacikistanla matçda qalib gəlsək də, oyun baxımından nöqsanlarımız var idi. Bu gün isə Rüfət Abdullazadənin soyuqqanlılığı, Aleksey İsayevin topa nəzarəti, Xaybullayevin 30-35 metrlik dribblinqi futbolçularımızın fərdi keyfiyyətini göstərir. Sadəcə, məsələn, Renat Dadaşov və Musa Qurbanlı son nöqtəni qoymaqda biraz da dəqiq olmalı idilər. Milli komanda klub deyil, zaman lazımdır. Son 11 matçımın yarıdan çoxu böyük yığmalara qarşı olub. İndi isə gücümüzə uyğun rəqiblərlə oynayırıq və addım-addım inkişaf edirik.

    – Mahir Emrelinin meydandakı liderlik keyfiyyətləri haqqında nə deyə bilərsiniz?

    – Mahir bu gün əsl lider kimi çıxış etdi. Almaniyada az şans alması bəlkə də onun formasını biraz aşağı salmışdı, amma mən ona hər zaman inanmışam. Çünki potensiallı futbolçularımızın sayı çox deyil. Mahir bu gün komandanın yükünü öz üzərinə götürdü və digər təcrübəli oyunçularımız da ondan nümunə götürməlidirlər.

    – Heyətdə alternativlərin olmaması, xüsusilə müdafiə xəttində Rahil Məmmədovun səhvləri sizi narahat etmir?

    – Məşqçi üçün geniş heyət seçiminin olması böyük üstünlükdür. Lakin reallıq budur ki, bəzi futbolçularımız klublarında 90 dəqiqə şans qazanmırlar. Rahil bu gün müəyyən səhvlər etsə də, kritik epizodlarda, xüsusilə rəqibin başla oyununda və standart vəziyyətlərdəki təzyiqinin qarşısını almaqda çox faydalı oldu. Üç gündən sonra Lixtenşteynlə oynayacağıq və mütləq heyətdə rotasiyalar edəcəyik. Alternativ variantların çoxalması isə birbaşa klublarımızın gənc futbolçulara şans verməsindən asılıdır.

    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Futbol

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04
    Futbol

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02

    Oğuzxan Quliyev və Mübariz Mirzəyev daha bir il NTD-də!

    27.09.2026 10:33:20

    Millətlər Liqasında 8 qarşılaşma keçiriləcək

    27.09.2026 10:05:41

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved