Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.
Propsort.Az xəbər verir ki,, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva ilə üz-üzə gəlib.
Darius və Girenas stadionundakı qarşılaşma 1:1 hesabı ilə bitib.
Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.
Qeyd edək ki, Azərbaycan millisi qrupda 2-ci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.
