Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqası çərçivəsində səfərdə Litva seçməsi ilə üz-üzə gələcək.
Prosport.Az xəbər verir ki, oyundan öncə Kaunas şəhərində AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, komanda üzvləri, məşqçi və texniki heyəti, eləcə də AFFA-nın əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
















