Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.
Prosport.Az xəbər verir ki, bu oyun günündə səkkiz matç baş tutacaq.
A Liqasının II qrupunda Serbiya Niderlandla, Almaniya isə Yunanıstanla qarşılaşacaq. A Liqasının IV qrupunda Danimarka Uelsi qəbul edəcək, Norveç isə Portuqaliya ilə üz-üzə gələcək.
B Liqasının III qrupunda Avstriya Kosovo, İsrail isə İrlandiya ilə qarşılaşacaq.
D Liqasında isə iki oyun keçiriləcək. I qrupda Cəbəllütariq Andorra ilə üz-üzə gələcək. II qrupda isə Azərbaycan millisi səfərdə Litva ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası
27 sentyabr
A Liqası, II qrup
20:00. Serbiya - Niderland;
22:45. Almaniya - Yunanıstan.
A Liqası, IV qrup
20:00. Danimarka - Uels;
22:45. Norveç - Portuqaliya.
B Liqası, III qrup
20:00. Avstriya - Kosovo;
22:45. İsrail - İrlandiya.
D Liqası, I qrup
20:00. Cəbəllütariq - Andorra.
D Liqası, II qrup
17:00. Litva - Azərbaycan.
