Azərbaycan milli komandasını Millətlər Liqasında Litvaya qarşı səfərdə keçirəcəyi oyunda 100 azarkeş dəstəkləyəcək.
Prosport.Az xəbər verir ki, ümumilikdə isə matça hələlik 8500 bilet satılıb.
Qeyd edək ki, D Liqasının 2-ci qrupunun Litva - Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.
