Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas
    26.09.2026 23:14:50

    "Sabah daha böyük güc və sürət tələb olunacaq".

    Prosport.Az xəbər verir ki, bu sözləri Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan seçməsi ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.

    Mütəxəssis bildirib ki, Lixtenşteynlə matç komandadan böyük fiziki resurs tələb etməyib və əsas diqqət qarşıdakı görüşə yönəldilib: “Futbolçular lazımi nəticəni əldə etdilər. Sabahkı oyunu düşünmələri də tamamilə məntiqli idi. Əsas məsələ meydanda razılaşmalarımızı necə yerinə yetirmələri və konsentrasiyaları idi”.

    O, Azərbaycan millisinin daha güclü və texnikalı rəqib olduğunu vurğulayıb. “Yaxşı məqamları sabahkı oyuna da daşımalıyıq. Əlbəttə, daha böyük güc və sürət tələb olunacaq. Azərbaycan millisi əvvəlki rəqibimizdən daha güclü və texnikalıdır. Onların beynəlxalq təcrübəyə malik, Çempionlar Liqasında çıxış edən futbolçuları var. Bu, daha yüksək səviyyəli rəqibdir”.

    Baş məşqçi heyətdə dəyişikliklərin olacağını da bildirib. O, zədə səbəbindən Piyus Şirvisin bu oyunda meydana çıxa bilməyəcəyini təsdiqləyib: “Düşünürəm ki, yaxşı heyətimiz və ehtiyat oyunçular skamyasında kifayət qədər güclü futbolçularımız var. Dəyişikliklər olacaq, amma bu, mütləq rəqibin gücü ilə bağlı deyil. Futbolçuların fiziki vəziyyəti, zədələrdən sonra keçən müddət və klublarında aldıqları oyun vaxtı kimi amilləri nəzərə alırıq”.

    Yankauskas Azərbaycan yığmasının Litvanın əsas üstünlükləri kimi standart vəziyyətlərdə və sürətli hücumlarda oynadığını qeyd etməsinə də münasibət bildirib. “Topu qazandıqdan sonra mümkün qədər tez hücuma keçmək müasir futbolun əsas prinsiplərindən biridir. Çünki həmin anda rəqibin müdafiəsi tam təşkilatlanmış olmur. Biz özümüz də künc zərbəsindən sonra əks-hücum nəticəsində qapımızda təhlükə yaşamışıq. Buna görə hücum edərkən müdafiəni də düşünmək vacibdir”.

    “Hazırda “Sabah”da baş məşqçi işləyən yerlim Valdas Dambrauskasla qarşılaşma öncəsi danışmamışam. Onun komandası ilə qazandığı tarixi uğura görə çox sevinirik və  gələcəkdə uğurlar arzulayırıq. Azərbaycanda olduğumuz zaman, düşünürəm ki, görüşmək, fikirlərimizi və məsləhətlərimizi bölüşmək üçün vaxt tapacağıq. Amma hazırda öz topladığımız biliklərə və hazırladığımız informasiyaya əsaslanırıq. Kifayət qədər məlumatımız var və hazırıq”, – deyə mütəxəssis vurğulayıb.

    Komandaların daha sonra Bakıda cavab oyunu keçirəcəyini bildirən çalışırdırıcı hazırda yalnız Kaunasdakı görüşə fokuslandıqlarını vurğulayıb: “Bir neçə gün ərzində komandanı bir neçə fərqli ssenariyə hazırlamaq mümkün deyil. Biz hər oyuna ən vacib qarşılaşma kimi yanaşırıq. Hazırda bütün diqqətimiz bazar günü keçiriləcək oyundadır. Bu matç bizim üçün prioritetdir”.

    Qeyd edək ki, sentyabrın 27-də Kaunasda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved