Litva millisi Azərbaycan yığması ilə keçirəcəyi UEFA Millətlər Liqasının oyunu ərəfəsində ciddi itki ilə üzləşib.
Prosport.Az xəbər verir ki, sağ cinah müdafiəçisi Piyus Şirvis zədə alıb.
Sloveniya “Selye”sindən dəvət almış 28 yaşlı futbolçu oyunu buraxmalı olacaq. Şirvis Lixtenşteynə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri ilk oyunda 61 dəqiqə forma geyinib. O, yığmanın əsas müdafiəçisi sayılır.
Şirvis itkisi ilə Litva millisindəki futbolçu sayı 24-ə enib.
Qeyd edək ki, sentyabrın 27-də Kaunasda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
