Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər
    26.09.2026 19:44:18

    Futbol üzrə əsas millimiz sabah UEFA Millətlər Liqasının D yolunda Litva yığması ilə ilk matçına çıxacaq.

    Prosport.Az-ın Kaunasa ezam olunmuş əməkdaşının sözlərinə görə, matç yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) başlayacaq.

    Bəs oyun öncəsi Kaunasdan hansı xəbərlər var?

    Millimizdə üzlər gülür

    Komandamızda zədəli futbolçu yoxdur. Oyundan öncə Mahir Emreli və Abdullah Xaybulayevdə yüngül zədə olsa da, artıq onlar da qaydasındadır. Bunu baş məşqçi Ayxan Abbasov da, media önünə çıxan Mahir Emreli də təsdiqlədi. Bir sözlə, sabah Mahiri böyük ehtimalla, start heyətdə görəcəyik.

    Litvalılar motivasiyalıdır

    Həm Litva, həm də Azərbaycan milliləri oyuna motivasiyalı çıxır. Hər iki komanda son matçını qalib başa vurub. Biz Tacikistana Bakıda "Turan Tovuz"un qapıçısı Oleq Baklovun avtoqolu sayəsində qalib gəlmişik. Ancaq bu, yoxlama oyunu zamanı qeydə alınıb.

    Bizdən fərqli olaraq, litvalılar artıq Millətlər Liqasında rəsmi oyuna çıxıb. Onlar səfərdə Lixtenşteynə 2:0 qalib gəlib və qrupun hazırkı lideridir.

    Baltikyanı ölkə təmsilçisi Lixtenşteynlə oyunda meydan sahiblərinin "çərçivə"yə 1 zərbə vurmasına belə, imkan verməyib. Özləri isə 16 zərbədən 7-ni "çərçivə"yə tuşlayıb, bunlardan 2-si qolla nəticələnib. Qolları Almaniyanın "Energi" (Kotbus) klubunun yarımmüdafiəçisi Lukas Mixelbrink və Latviya əsilli, Çexiya "Slovaçko"sunda çıxış edən yarımmüdafiəçi Artuur Doljnikov vurub. Ümumiyyətlə, Litva millisinin heyətində legioner həyatı yaşayan çox futbolçu mövcuddur.

    Qalib tərəf üstünlüyə yiyələnəcək

    İndiyədək Litvanın əsas millisi ilə 3 dəfə qarşılaşmışıq. Lakin bu ilk matç olacaq ki, tərəflər rəsmi oyunda üz-üzə gələcək. 

    1998-ci ildə Litvanı 2:1 məğlub etsək də, 10 il sonra Litva millisi evdə 1:0 üstün olub. 2019-cu ildə tərəflər arasında sonuncu qarşılaşmada isə hesab açılmayıb. Göründüyü kimi, bu matçda qalib tərəf həm də statistikada üstünlüyə yiyələnəcək.

    Hava futbola imkan verəcək

    Oyunun keçiriləcəyi sabah – 27 sentyabr tarixində havada temperaturun dərəcəsi yüksələcək. Bunadək yağış və çiskinli hava ilə müşayiət olunan Kaunas səması həmin gün günəşli olacaq. Temperatur isə 18 dərəcəni göstərəcək.

    Kaunas stadionu niyə 2 nəfərin adını daşıyır?

    Bu stadionun tarixi uzun illərə dayanır. 1925-ci ildə açılışı olmuş Kaunas stadionu sonuncu dəfə 2022-ci ildə yenilənib. Bu stadion hazırda Litvanın məşhur "Jalqiris Qrup" şirkətinə məxsusdur. Arena Daryus və Qirenasın adını daşıyır.

    Nadir hallarda hansısa stadionun 2 nəfərin adını daşıdığını görürük. Bəs bu şəxslər kim olub?

    Steponas Daryus və Stasis Qirenas 1933-cü ildə "Litvanika" adlı təyyarə ilə ABŞ-dən Litvaya uçan pilotlar olub. Təyyarə Kaunasa 650 km qalmış o vaxtkı Almaniya ərazisində, indiki Polşanın Pşelnik kəndi yaxınlığında qəzaya uğrayıb və hər iki pilot dünyalarını dəyişib. Maraqlısı budur ki, Daryus həm də 1922-ci ildə Litvanın LFLS komandası ilə ölkənin ilk çempionluğunu qazanıb. Ad qoyularkən 2 pilot eyni anda öldüyü üçün bu amil nəzərə alınıb.

    Stadion 15026 tamaşaçı tutumuna malikdir. 2023-cü ildən Litva millisi ev oyunlarını demək olar ki, paytaxt Vilnüsdən sonra 2-ci böyük şəhər olan Kaunasın bu arenasında keçirir. UEFA-nın 4-cü kateqoriyalı stadionu sayılır.

    Səbuhi Musa
    Kaunas

    Jurnalistlərin Litva səfəri AFFA-nın təşkilatçılığı və "Misli"nin dəstəyi ilə həyata keçirilir.

    Futbol

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53
    Futbol

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10
    Futbol

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37
    Futbol

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36
    Futbol

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32
    Futbol

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    AFFA-da lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi

    15.10.2026 17:11:53

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28

    "Sabah"ın qapıçısı Kurtua ilə eyni sırada

    15.10.2026 16:14:10

    Çempionlar Liqası: Stas Pokatilov rəmzi komandada

    15.10.2026 15:43:37

    Millimiz dünya çempionatının pley-offunda - YENİLƏNİB

    15.10.2026 15:10:36

    Komandamız Avropa çempionatının finalında

    15.10.2026 14:40:59

    Azərbaycanı Avropa Kubokunda bu komandalar təmsil edəcək

    15.10.2026 14:18:51

    Almanlar "Sabah"dan çəkinir

    15.10.2026 13:48:32

    Azərbaycan klubunda braziliyalı hücumçu

    15.10.2026 13:10:33

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42

    "Mahir hər keçən oyunda sanki sönür" - Polşa mətbuatı

    15.10.2026 12:22:49

    Yığmamız Gürcüstanda 4 medal qazandı

    15.10.2026 11:43:32

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    15.10.2026 11:13:13

    "Qarabağ" - "Neftçi" oyunu FIFA referisinə tapşırıldı

    15.10.2026 10:51:47

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved