“Düşünürəm ki, komanda olaraq çox yaxşı oyun keçirdik. Çox kompakt çıxış etdik və mənim fikrimcə, heç-heçədən daha artığına layiq idik.
Bu sözləri Prosport.Az-a açıqlamasında Azərbaycan U-21 yığmasının və İtaliyanın “Sampdoriya” klubunun hücumçusu Lorentso Mezzotero AÇ-2027 (U-21) seçmə mərhələsinin B qrupunun Çexiya ilə oyundan sonra (1:1) deyib.
“Düşünürəm ki, komanda olaraq çox yaxşı oyun keçirdik. Çox kompakt çıxış etdik və mənim fikrimcə, sadəcə heç-heçədən daha artığına layiq idik. Amma nəticədən razıyıq və irəliləyirik. Komanda bu oyunda öz potensialını göstərdi. Rəqib yüksək ustalıq səviyyəsinə malikdir. Bu, təcrübəli və güclü futbolçulardan ibarət komandadır. Biz isə vahid komanda kimi çıxış etdik və bu, ən vacib məqamdır.
Azərbaycan millisində çıxış etdiyim üçün qürur duyuram? Bəli, əlbəttə, mən məhz bunun üçün buradayam. Azərbaycan millisində oynamaq istəyirəm. Burada xoşbəxtəm və prosesdən zövq alıram. Milliyə qoşulduğum zaman məni çox isti qarşıladılar. Komanda yoldaşlarımdan razıyam – onlar məni çox yaxşı qəbul etdilər. İndi isə yoluma davam edirəm”, – deyə Mezzotero bildirib.
