“Neftçi”nin hücumçusu Denzel Jubitana Surinam millisinin heyətində növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Surinam yığması Millətlər Liqasında Hondurasla qarşılaşıb. Görüş Surinamın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Jubitana qarşılaşmada fərqlənərək komandasının qələbəsinə töhfə verib.
Qeyd edək ki, Surinam millisi Millətlər Liqasında növbəti oyununu sentyabrın 29-da Martinikaya, daha sonra isə oktyabrın 3 və 6-da Qvatemalaya qarşı keçirəcək.
