Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski
    26.09.2026 10:44:46

    "Qarabağ"ın sabiq qapıçısı Mateuş Koxalski Azərbaycan klubunda çıxış etdiyi vaxt aldığı təklifləri açıqlayıb.

    Prosport.Az xəbər verir ki, hazırda "Vyeçista"da çıxış edən Polşa millisinin qapıçısı yay transfer dönəmində karyerasını davam etdirmək üçün qarşısında olan variantlardan danışıb.

    Koxalski bildirib ki, onun qarşısında Avropanın nəhəng klublarından seçim olmayıb: “Belə deyil ki, mənim qarşıma superliqaların superklubları arasında seçim qoyulmuşdu, amma mən “Vyeçista”nı seçdim. Xeyr, ümumiyyətlə belə olmayıb. Əvvəlcə onu qeyd edək ki, “Qarabağ” bu mövsüm ümumiyyətlə avrokuboklara və hətta Konfrans Liqasına da vəsiqə qazana bilmədi. Ona görə də Çempionlar Liqasından imtina edib Ekstraklasaya qayıtmağım kimi bir vəziyyət olmayıb”.

    26 yaşlı qolkiper “Qarabağ”ın onu komandada saxlamaq istədiyini, lakin özünün ayrılmaq qərarında olduğunu bildirib. O, Almaniyanın “Borussiya Dortmund” və İtaliyanın “Napoli” klublarına ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib: “Qarabağ” məni satmaq istəmirdi. Əksinə, mənə daha yaxşı şərtlərlə yeni müqavilə təklif etdilər. Amma açıq şəkildə bildirdim ki, ayrılmaq istəyirəm. Çempionlar Liqasında yaxşı çıxış etdik və mən daha irəli, daha yüksək səviyyəyə getmək istəyirdim. “Borussiya Dortmund” və ya “Napoli”nin mənimlə maraqlandığı deyilirdi. Ola bilsin, bu, həqiqət idi, amma həmin klublardan heç birindən rəsmi sorğu gəlmədi”.

    Polşalı qapıçı “Qarabağ”da ikən real olaraq aldığı təkliflərin sayını da açıqlayıb: “Əslində cəmi 2 təklifim var idi: biri Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ – red.), digəri isə Bolqarıstanın “Ludoqorets” klubundan. BƏƏ-yə gedə bilərdim, amma karyeramın sonlarına yaxın ora getməyi düşünərdim. Onsuz da bunun mənim başıma gələcəyini düşünmürəm, çünki karyeramı Avropada başa vurmağa üstünlük verərdim. “Ludoqorets”ə isə getmədim, çünki komanda avrokuboklara vəsiqə qazana bilmədi. Yalnız ölkə çempionatında oynayacaqdımsa, Bolqarıstan çempionatındansa Polşa çempionatına üstünlük verirəm”.

    Koxalski yayda Danimarkanın aparıcı klublarından birindən də təklif aldığını və həmin keçidin niyə baş tutmadığını açıqlayıb: “İdeal variant “Qarabağ”dan daha güclü liqaya keçmək olardı. Orada oynayıb daha böyük klublara keçid üçün tramplin əldə edə bilərdim. Nədənsə bu transfer baş tutmadı. Vaxtın getdiyini görərək sentyabrın 8-də “Vyeçista” ilə müqavilə imzaladım. Müqavilə üç illikdir, amma onu tam başa vuracağım çox şübhəlidir. Bilirəm ki, yayda daha yaxşı klub tapmalıyam. Qışda bunu etmək mümkün deyil, çünki bu mövsüm artıq iki klubda çıxış etmişəm. Qaydalar isə üçüncü klubda oynamağa icazə vermir”.

    Koxalski “Vyeçista” ilə 3 illik müqaviləsinin olmasına baxmayaraq, gələcəkdə daha güclü Avropa liqasına keçmək istədiyini də bildirib: “Qapıçılar üzrə milli komandanın məşqçisi Andjey Dovidzyukla vəziyyətim barədə danışdım. O, Polşaya qayıtmağımın səbəblərini anlayışla qarşıladı. Bundan sonra nə olacaq? Görəcəyik. Mən bilirəm və “Vyeçista” da bilir ki, növbəti addımı atmaq və Avropanın liqalarından birinə getmək istəyəcəyəm. Milli komandada qalmaq və əsas heyətdə yer uğrunda mübarizə aparmaq üçün Polşadan daha güclü liqada oynamalıyam. Yaxud “Vyeçista” ilə sadəcə elitada qalmaqdan daha böyük nəticə əldə etməliyəm”.

    Qeyd edək ki, Mateuş Koxalski “Vyeçista”dan Polşa millisinin heyətinə dəvət alan ilk futbolçu kimi tarixə düşüb. “Qarabağ”ın heyətində 41 liqa oyununda meydana çıxan qapıçı 19 matçda qapısını toxunulmaz saxlayıb. Onun Çempionlar Liqasında isə 10 oyunu var.

    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved