Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov
    25.09.2026 22:46:32

    21 yaşlılar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilən Azərbaycan – Çexiya matçından (1:1) sonra yığmamızın baş məşqçisi Rəşad Eyubov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, gənc mütəxəssis ilk növbədə qarşılaşma barədə təəssüratlarını bölüşüb.

    – Gördüyünüz kimi, çox yüksək intensivlikli oyun keçirdik. Futbolçuların bir çoxunun klublarında müntəzəm şans qazanmaması səbəbindən fiziki baxımdan çətinlik çəkəcəklərini hiss edirdim. Əsas odur ki, meydandan sərfəli nəticə ilə ayrıldıq və buna görə çox xoşbəxtəm. İlk matçdan öncə komandaya cəmi 3-4 gün idi gəlmişdim və futbolçuları yaxşı tanımırdım. Bu dəfə isə xüsusilə topsuz oyunu düzgün təşkil edə bildik və maksimumumuzu ortaya qoyduq.

    – Əsas milli komandaya cəlb olunan gənclər U-21-in heyətində olsaydılar, nəticə fərqli ola bilərdimi?

    – Bu artıq ehtimallar üzərində qurulan sualdır. Qalib də gələ bilərdik, uduza da. Məsələyə başqa tərəfdən baxmaq lazımdır. Oruc Məmmədov, Edqar Adilxanov, Rəvan Mirzəmmədov və Rüfət Abbasov artıq nümayiş etdirdikləri oyunla əsas milliyə layiq olduqlarını sübut ediblər. Rüfət artıq yığmada çox effektivdir, Edqar debüt etdi, Orucun da tezliklə şans alacağına inanıram.

    – Seçmə mərhələdə növbəti oyunlardan gözləntiləriniz nədir və əsas hədəf nədir?

    – Proqnoz verməyi sevmirəm. Bizi qarşıda 3-4 günlük ağır bərpa prosesi gözləyir. İndidən konkret nəticə deyə bilmərəm, əsas məqsəd yaxşı oyun göstərməkdir. Ümumi hədəfimizə gəlincə, tariximizdə U-21 millisinin topladığı ən yüksək xal 9 olub. Bizim məqsədimiz bu rekordu təzələmək və nəticəni daha da yaxşılaşdırmaqdır.

    – U-20 millimizdən də heyətə dəvət etmək istədiyiniz futbolçular var idi?

    – Bəli, orada da bəyəndiyimiz oyunçular var. Lakin U-20-ni qarşıda çox vacib turnir gözləyir. Reallığı nəzərə almalı və oyunçu kontingentini düzgün bölüşdürməliyik.

    – Nəriman Axundzadənin performansından razı qaldınız? O və Ağadadaş Salyanski kimi gəncləri əvəzləyə biləcək yeni adlar varmı?

    – Nərimanın oyunundan və toplanış zamanı nümayiş etdirdiyi peşəkar yanaşmadan tam razı qaldım. Növbəti oyunlarda da komandaya böyük faydası dəyəcək. Yeni adlara gəlincə, təəssüf ki, hazırda aşağı yaş qruplarında potensiallı futbolçu qıtlığı var, gənclərin sayı çox azdır.

    – Qapıçı seçimində əsasən nəyə üstünlük verirsiniz? “Sumqayıt”ın qapıçısı Xəyal Fərzullayev niyə iştirak ərizəsinə salınmamışdı?

    – Əvvəlcə qapıçılar üzrə məşqçimizin fikrini dinləyirəm və məsləhətləşərək optimal variantı seçirik. Xəyala xüsusi simpatiyam var, çox istedadlı qapıçıdır və onu parlaq gələcək gözləyir. Sadəcə bəzi matçlarda taktiki baxımdan digər seçimlərə üstünlük verməli oluruq.

    – Çempionatda legioner limitinin ləğv olunması aşağı yaş qruplarına necə təsir edir?

    – Əlbəttə, yerli gənclərin oyun praktiki alması baxımından bu durum bizə mənfi təsir edir. Lakin ümumiyyətlə götürsək, mən süni limitlərin əleyhinəyəm. Çünki meydanda hər zaman ən güclü olan oynamalıdır.

    Futbol

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39
    Futbol

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10
    Futbol

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21
    Futbol

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22
    Futbol

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45
    Futbol

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya olundu

    24.11.2026 16:13:47

    "Qarabağ" sabiq futbolçusunu icarəyə götürmək istəyir

    24.11.2026 15:47:39

    "İspan jurnalistlər zəng edib Azərbaycan futbolu ilə maraqlanırlar" – "Barselona" və "Sabah"ın sabiq futbolçusu

    24.11.2026 15:19:10

    Qarabağa səfər, tarixi şəhərdə futbol günü - VİDEO

    24.11.2026 14:46:21

    "Sabah" - "Barselona" oyununa görə dəyişiklik

    24.11.2026 14:17:22

    "Kunde və Rafinya ilə danışmaq istərdim" - "Sabah"ın legioneri

    24.11.2026 13:50:45

    Mahir Emreli Polşada seçilənlər arasında

    24.11.2026 13:12:40

    "Barselona"nın prezidenti Bakıda himn oxudu - VİDEO

    24.11.2026 12:57:03

    Qara Qarayev, "Yaşıl top" və uşaqlar - FOTOLAR

    24.11.2026 12:13:43

    "Marca" "Sabah"ın heyətində 5 futbolçunu fərqləndirdi

    24.11.2026 11:46:38

    Keçmiş məşqçisindən "Sabah"ın qapıçısına "Barselona" xəbərdarlığı

    24.11.2026 11:15:05

    Azərbaycan Cüdo Federasiyası yeni filmini təqdim etdi - VİDEO

    24.11.2026 10:50:21

    "Uşaq vaxtı bunların xəyalını qururdum" - "Sabah"ın legioneri

    24.11.2026 10:24:09

    Yamalın Bakıya gətirilməməsinin əsl səbəbi bilindi

    24.11.2026 10:00:45

    De Yonq Bakıda sualları cavablandıracaq

    23.11.2026 23:41:01
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved