“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.
Prosport.Az xəbər verir ki, "qırmızı-qaralar" Rafael Utziqlə 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıb.
2020-2023-cü illərdə “Qəbələ”nin şərəfini qoruyan braziliyalı vinger 94 oyunda 18 qol vurub.
30 yaşlı futbolçu son olaraq Vyetnamın "Ho Çi Minh Siti” komandasında çıxış edib.
