Azərbaycan Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən "Araz-Naxçıvan" yeni baş məşqçi Yuri Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb.
Prosport.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.
Məşqdən öncə Y.Maksimov rəhbərlik tərəfindən komandaya təqdim olunub, daha sonra kollektiv 2 saata yaxın çalışıb.
Milli yığmalara yollanan 4 oyunçu – Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi istisna olmaqla, digər üzvlər tam heyətlə prosesə qatılıblar.
