İspaniyanın Kambrils şəhərində təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında bu gün 1/8 final mərhələsinin oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, turnirdə mübarizəni davam etdirən təmsilçimiz "Zirə" 1/8 finalda Monteneqronun "Sbbet" komandası ilə üz-üzə gəlib. Əsas vaxtı 2:2 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında "Zirə" daha dəqiq olub - 3:1.
