Özbəkistan milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Prosport.Az xəbər verir ki, Fabio Kannavaronun rəhbərlik etdiyi kollektiv evdə İran seçməsini qəbul edib. Fərqanə şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Özbəkistan millisinin "Sabah"da çıxış edən üzvü Umarali Raxmonaliyev bu görüşdə iştirak etməyib. 23 yaşlı dayaq yarımmüdafiəçisi sona qədər ehtiyatda qalıb.
