“Zirə”nin futbolçusu Ktatau 5-ci metatarsal (daraq) sümük nahiyəsindən əməliyyat olunub. Prosport.Az xəbər verir ki, cərrahi müdaxilə Türkiyədə baş tutub. Yarımmüdafiəçi təxminən 3-4 ay sonra yaşıl meydanlara dönəcək.