Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" 2 yoxlama oyunu keçirəcək.
Prosport.Az xəbər verir ki, komanda sentyabrın 27-də, saat 16:00-da BOS-un ehtiyat meydanında "İmişli" ilə qarşılaşacaq.
Növbəti oyun isə oktyabrın 2-nə nəzərdə tutulub. Bu dəfə rəqib "Neftçi" olacaq. Oyunun məkanı hələlik bəlli deyil.
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov komandasını bu 2 rəqiblə matçlarda sınaqdan keçirəcək.
