21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Lorenzo Mezzotero qışda komandasını dəyişə bilər.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, 18 yaşlı forvard İtaliya B seriyasında yarışan “Sampdoriya”nın heyətində oynasa da, onun daha çox forma geyinə biləcəyi komandaya keçəcəyi gözlənilir.
Futbolçunun xidmətində elə İtaliya B seriyasında yarışan digər klublar maraqlıdır. "Sampdoriya"nın əsas komandasında bu mövsüm 2 oyuna çıxmış Mezzotero qışda icarəyə gedib-getməyəcəyi ilə bağlı öz qərarını verəcək.
