Azərbaycan millisi Tacikistan yığması ilə yoldaşlıq görüşündə 2 itki ilə üzləşib.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi Abdula Xaybulayev və hücumçu Mahir Emreli zədələnib.
Oyunu davam etdirə bilməyən 25 yaşlı Xabulayevi 69-cu dəqiqədə Fərid Yusifli əvəzləyib. Emreli isə sonadək meydanda qalıb.
Qeyd edək ki, Azərbaycan millisi bu oyunda 1:0 hesablı qələbə qazanb.
