Azərbaycan millisi Tacikistanla yoldaşlıq matçında qələbə qazanıb.
Prosport.Az xəbər verir ki, "Palms Sports Arena"da keçirilən oyun Ayxan Abbasovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 58-ci dəqiqəsində Toral Bayramovun cərimə zərbəsindən sonra rəqib qapıçı Oleq Baklov avtoqol müəllifi olub.
Xatırladaq ki, Azərbaycan millisi növbəti 3 oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq.
