Azərbaycan və Tacikistan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün bilet satışı davam edir.
Prosport.Az xəbər verir ki, Bakıdakı 10200 tamaşaçı tutumuna malik "Palms Sports Arena"sında baş tutacaq görüşə indiyə qədər cəmi 3000 bilet satılıb.
Azərbaycan - Tacikistan matçı bu gün keçiriləcək və oyuna saat 20:00-da start veriləcək.
