Kipr və Yunanıstan klubları “Neftçi”nin hücumçusu Breno Almeydadan əl çəkmir.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, 2 klub braziliyalı uğrunda mübarizədə gərgin mübarizə aparır. Belə ki, PAOK və “Pafos” ən geci mövsümün sonunda hücum xəttini 26 yaşlı “sambaçı” ilə gücləndirməkdə qərarlıdır.
Xüsusən də PAOK rəhbərliyi Brenonun transferi üçün yüksək məbləğ ödəməyi düşünür. O, “Neftçi”dən əvvəl “Etnikos”da oynadığından, kiprlilər futbolçunun uyğunlaşma problemi yaşamayacağını düşünürlər.
Breno Almeydanın “Neftçi” ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir və “ağ-qaralar” onu daha uzun müddət komandada saxlamağı hədəfləyir.
Qeyd edək ki, Almeyda Misli Premyer Liqasında bu mövsümün ilk 6 turunda 7 qola imza atıb.
