“Sabah”ın futbolçusu Timoteuş Puxaç Polşa millisinin baş məşqçisi Yan Urbanı jurnalistlərin qarşısında müdafiə edib.
Prosport.Az xəbər verir ki, 2 ildən çox fasilədən sonra yığmaya qayıdan 27 yaşlı müdafiəçi medianın son mətbuat konfransında Urbanın həddindən artıq sıxışdırıldığını bildirib.
"Baş məşqçinin mətbuat konfransına baxdım. Siz onu dəhşətli dərəcədə yordunuz. Hətta Yan Urbana yazığım gəldi. O, demək olar ki, hər futbolçunun dəvət olunmasını izah etməli idi. Baş məşqçimizi çox sıxdınız”, – deyən Puxaç bəzi jurnalistlərin daha rahat davranmalı olduğunu da vurğulayıb: “Əvvəllər baş məşqçinin çıxışlarını izləmirdim. İndi dəvətlilər arasında mən də olduğumdan, konfransa baxdım. Düşünürdüm ki, bəziləri özlərini bir qədər saxlaya və rahat davrana bilərdilər”.
Qeyd edək ki, Timoteuş Puçax Polşa millisində sonuncu oyununu 18 noyabr 2024-cü ildə keçirib. “Sabah”ın futbolçusu bundan sonra iki ildən artıq müddət ərzində yığmaya çağırılmayıb.
