Azərbaycan I Liqasının III turunun "Karvan-Yevlax" – "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 1000 manat cərimələnib.
Prosport.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Sözügedən insident sentyabrın 16-da keçirilən qarşılaşmanın 6-cı dəqiqəsində qeydə alınıb.
Xatırladaq ki, qarşılaşma "Karvan-Yevlax"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
