Azərbaycan Premyer Liqasında yaranan beynəlxalq fasilədən istifadə edən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas istirahətini ölkəmizdə keçirməyə üstünlük verib.
Prosport.Az xəbər verir ki, litvalı mütəxəssis həyat yoldaşı ilə birlikdə Azərbaycanın müxtəlif bölgələrinə səyahət edib.
Təcrübəli çalışdırıcı sosial şəbəkə hesabında İsmayıllının Lahıc qəsəbəsindən, Qusarın Laza kəndindən və Qəbələdən çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşüb. Dambrauskas paylaşımına “Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur…” şərhini əlavə edərək ölkəmizin təbiətinə olan heyranlığını ifadə edib.
