"Kəpəz"in zədəli futbolçusu Əli Səmədovun durumu açıqlanıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının VI turunda "Sumqayıt"la matçda əvəzlənən yarımmüdafiəçinin sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb
Qarşıdakı 2-3 həftədə yaşıl meydanlardan kənarda qalacaq Əli Səmədov növbəti turda "Araz-Naxçıvan"la oyunu buraxa bilər.
