"Azərbaycanla matça ciddi hazırlaşmışıq".
Prosport.Az xəbər verir ki, bunu Tacikistan millisinin futbolçusu Aktan Anazarov Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
Rəqibin kapitanı çətin oyuna çıxacaqlarını bildirib: "Bizi Azərbaycanda çox gözəl qarşıladılar. Oyuna ciddi hazırlaşmışıq. İnanıram ki, sabah baxımlı qarşılaşma olacaq. Azərbaycan kimi komandalara qarşı oynamaq hər zaman maraqlıdır".
Qeyd edək ki, Azərbaycan - Tacikistan matçı sentyabrın 23-də, saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.
