“Qarabağ” futbol klubunun “Park Bulvar” ticarət mərkəzində yerləşən rəsmi mağazasının fəaliyyətində müvəqqəti dəyişiklik edilib.
Prosport.Az xəbər verir ki, mağaza sabahdan sentyabrın 26-dək ticarət mərkəzinin 1-ci mərtəbəsində azarkeşlərin xidmətində olacaq.
Komandanın fanatları qeyd olunan tarixlərdə göstərilən ünvana yaxınlaşaraq klubun rəsmi geyim və atributlarını əldə edə bilərlər.
