"Turan Tovuz" və "Fənərbağça" (Türkiyə) komandaları arasında keçiriləcək yoldaşlıq oyununa maraq kifayət qədər böyükdür.
Prosport.Az xəbə verir ki, 1 saat ərzində 5872 bilet satılıb.
Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
