“Sabah” klubunun futbolçusu Timoteuş Puxaç Polşa milli komandasına qayıdışını dəyərləndirib.
Prosport.Az xəbər verir ki, 27 yaşlı müdafiəçi bu barədə ölkəsinin mətbuatına açıqlama verib.
Puxaç təxminən 2 ildən sonra yenidən Polşa millisinin düşərgəsinə dəvət alıb. Yığmada özünü yeni futbolçu kimi hiss etdiyini deyən sol cinah müdafiəçisi oyunlara çıxmasında taktiki düzülüşün də rol oynayacağını vurğulayıb: “Hər şey mənim üçün yeni və təzədir. Şans qazanıb-qazanmayacağımı demək çətindir. Baş məşqçi Yan Urban da bildirdi ki, bu, hansı taktiki sxemlə oynayacağımızdan asılı olacaq. 4-lü müdafiə ilə oynasaq, şanslarım mütləq artacaq. Amma ən vacibi yaxşı oynamağımız və qalib gəlməyimizdir”.
Qeyd edək ki, Timoteuş Puxaç son aylarda “Sabah”la uğurlu mövsüm keçirib. O, Masazır təmsilçisi ilə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub, həmçinin Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Polşa millisi UEFA Millətlər Liqasında Bosniya və Herseqovina ilə iki dəfə, həmçinin İsveç və Rumıniya ilə qarşılaşacaq.
