Ukraynalı Yuri Maksimov “Araz-Naxçıvan”ın yeni baş məşqçisi olacaq.
Prosport.Az “TaToTake”yə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Naxçıvan təmsilçisinin təklifini qəbul edib.
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 6 turundan sonra 12 komanda arasında sonuncu – 12-ci pillədə qərarlaşıb. “Şamaxı”ya 1:2 hesablı son tur məğlubiyyətindən sonra Cavid Hüseynov və Zaur İsmayılov komandanın məşqçilər korpusunu tərk edib.
Qeyd edək ki, Yuri Maksimov daha əvvəl də Azərbaycanda çalışıb. O, 2018-ci ildə “Keşlə”yə (hazırkı “Şamaxı”) Azərbaycan Kubokunu qazandırıb. Finalda paytaxt təmsilçisi Roman Qriqorçukun rəhbərlik etdiyi “Qəbələ”ni məğlub edib. Həmin vaxt “Keşlə”nin prezidenti olmuş Zaur Axundov hazırda “Araz-Naxçıvan”ın qeyri-rəsmi sahibidir.
