"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.
Prosport.Az xəbər verir ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq matçın start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, qarşılaşmanın biletləri sabah saat 11:00-da www.birbilet.az saytında satışa satışa çıxarılacaq.
