“Neftçi”nin futbolçusu Sessi DAlmeyda Afrika Millətlər Kubokunun seçmə mərhələsində mübarizə aparan Benin milli komandasına dəvət olunub.
Prosport.Az xəbər verir ki, Benin millisi sentyabrın 25-də Burkina Faso, ayın 29-da Mavritaniya yığması ilə qarşılaşacaq.
Oktyabrın 6-da isə Argentina ilə yoldaşlıq matçı keçiriləcək. Həmin qarşılaşmada Cənubi Amerika təmsilçisinin lideri Lionel Messi yığma ilə vidalaşacaq.
Qeyd edək ki, Sessi DAlmeyda Benin milli komandasının heyətində 46 oyunda meydana çıxıb, 1 qol vurub.
