"Araz-Naxçıvan" baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, onlarla qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, hər iki mütəxəssis cari mövsümün əvvəlindən komandaya rəhbərlik edirdi. Naxçıvan təmsilçisi Premyer Liqada 6 turdan sonra 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
