“Zirə”nin 3 legioneri – Anje Mutsinzi, İssa Cibrila və Quima milli komandalarına dəvət alıblar.
Prosport.Az xəbər verir ki, Anje Mutsinzi Ruanda, İssa Cibrila Niger, Guima isə Mozambik yığmasının heyətinə çağırılıb.
Mutsinzinin formasını geyindiyi Ruanda millisi sentyabrın 25-də Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiyanı qəbul edəcək. Ruanda yığması sentyabrın 29-da isə səfərdə Kabo-Verde ilə qarşılaşacaq.
İssa Cibrilanın çıxış etdiyi Niger millisi sentyabrın 25-də Lesotunu qəbul edəcək. Komanda sentyabrın 29-da isə səfərdə Qabonla üz-üzə gələcək.
Quimanın formasını geyindiyi Mozambik millisi sentyabrın 25-də səfərdə Seneqalla qarşılaşacaq. Komanda sentyabrın 29-da isə Sudanla matça ev sahibliyi edəcək.
