Albaniya çempionatında V turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda “Partizani” komandasını qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Zamiq matçın 2-ci hissənin əvvəlində meydana daxil olub və sonadək oynayıb.
“Eqnatiya” 12 xalla 2-ci pillədə qərarlaşıb.
