Azərbaycan millisinin futbolçusu Toral Bayramovun Türkiyə karyerası qısa çəkə bilər.
Prosport.Az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı oyunçunun “Bursaspor”dakı performansı məşqçilər korpusunu məyus edir.
Təsadüfi deyil ki, Toral I Liqanın 8-ci turunda “Batman Petrolspor”la səfər matçının (1:0) 36-cı dəqiqəsində zəif çıxışına görə əvəzlənib. Bayramovu start heyətində meydana buraxdığı üçün yerli media və azarkeşlər tərəfindən ciddi tənqidlərə məruz qalan baş məşqçi Mustafa Er ən azı bir müddət onu ehtiyatda saxlamaq qərarına gəlib.
Həmyerlimizin hətta millimizin düşərgəsinə yollanması da mütəxəssisin fikrini dəyişməyib. Hətta “Bursaspor” rəhbərliyi də azarkeşlər tərəfindən Bayramovla yolların ayrılması üçün təzyiqə məruz qalır. Sol cinah müdafiəçisi qısa müddətdə özünü doğrulda bilməsə, qış fasiləsində hansısa kluba icarəyə verilməsi nəzərdən keçirilə bilər.
Qeyd edək ki, Toral Bayramovun “Bursaspor”la müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.
