Polşa Ekstraklasasında IX turun növbəti oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” səfərdə “Korona” kollektivinin qonağı olub. Qollarla zəngin keçən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir Emreli matça ilk “11-lik”də başlayıb və 80-ci dəqiqədə əvəzlənib. Uğursuz seriyadan çıxa bilməyən “Rakuv” keçirdiyi 9 qarşılaşmadan sonra topladığı 3 xalla 18 komandalıq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
