Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.
Tovuz şəhər stadionunda reallaşan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Filip Damyanoviç 90+6-cı dəqiqədə fərqlənib. Bu qol ciddi narazılığa səbəb olub. "Zirə" tərəfi hakimin qolu qeydə almasına sərt etiraz edib.
Xallarının sayını 11-ə çatdıran meydan sahibləri 4-cü pilləyə yüksəlib. Bakı klubu 10 xalla 5-cidir.
Günün 2-ci görüşündə "İmişli" "Sabah"ın qonağı olacaq.
Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı məğlub edib - 1:0.
