Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas
    19.09.2026 22:44:48

    Azərbaycan Premyer Liqasının VI turunda evdə “İmişli”yə 3:1 hesabı ilə qalib gələn “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırdı:

    – Milli fasilədən sonra sizi “Neftçi” ilə çətin oyun gözləyir, həmçinin bir neçə futbolçunuz millilərə dəvət alıb. Bu periodu necə keçirməyi və şəxsən özünüz necə istirahət etməyi planlaşdırırsınız?

    – Milli komandalara yollanan futbolçularımıza uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdir və ümid edirəm ki, zədəsiz dönəcəklər. Heyətdə qalan oyunçularla işimizi davam etdirəcəyik. Bu gündən komandaya bir həftəlik istirahət vermişəm. Qayıtdıqdan sonra addım-addım, oyundan-oyuna prinsipi ilə çempionatın ikinci hissəsinə hazırlaşacağıq. Şəxsi planlarıma gəlincə, Azərbaycanda qalacağam. Ölkənin bəzi bölgələrini gəzmək, yeni yerlər görmək və dincəlmək istəyirəm. Çünki 3 ay əvvəl işə başladığımızdan bəri xüsusilə Çempionlar Liqasının təsnifat mərhələləri və mövsümün startı çox gərgin keçdi. Yay dövründəki çıxışımızı 10 ballıq sistemlə qiymətləndirsəm, tam bal verərdim. Yalnız “Mançester  Yunayted”lə oyunda bir az da yaxşı çıxış edə bilərdik.

    – Azərbaycanda konkret hansı bölgəyə səyahət edəcəyinizi planlaşdırmısınız?

    – Bəli, planlaşdırmışam və artıq mehmanxanada yer rezervasiya etmişəm. Lakin hara gedəcəyimi sizə deməyəcəyəm.

    – Milli fasilədən sonra oktyabrın 9-da “Neftçi” ilə vacib matçınız, ardınca isə Çempionlar Liqasında Praqa “Slaviya”sı ilə qarşılaşmanız var. Fasilə dönəmində paralel olaraq həmin rəqibi də analiz edəcəksiniz?

    – Bəli, təkcə onlar deyil. Sıralamaya baxsaq, əvvəlcə “Neftçi”, sonra “Slaviya”, “Qəbələ”, ardından Dortmund “Borussiya”sı və “Qarabağ”la oynayacağıq. Çempionlar Liqasına xoş gəlmisiniz! Əgər orada mübarizə aparırsınızsa, bu gərginliyə tab gətirməlisiniz. Böyük komandaya çevrilmək və bu sınaqları qəbul etmək istəyiriksə, belə maneələri aşaraq inkişaf etməliyik.

    Futbol

    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas

    19.09.2026 22:44:48
    Futbol

    "Qapıçını irəli göndərən mən idim" – Fərid Namazov

    19.09.2026 22:16:44
    Futbol

    "Sabah" 3 xalı 3 qolla qazandı - VİDEO

    19.09.2026 21:40:12
    Futbol

    "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" – Qurban Berdiyev

    19.09.2026 20:41:44
    Futbol

    "Son 6 ildə çempionatda ən çox səhv "Zirə"yə qarşı olub" – Rəşad Sadıqov

    19.09.2026 20:07:19
    Futbol

    "Traktor"un qapıçısı "Sumqayıt"da

    19.09.2026 19:48:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20

    "Borussiya" və "Qarabağ"la oynayacağıq, Çempionlar Liqasına xoş gəlmisiniz" – Valdas Dambrauskas

    19.09.2026 22:44:48

    "Qapıçını irəli göndərən mən idim" – Fərid Namazov

    19.09.2026 22:16:44

    "Sabah" 3 xalı 3 qolla qazandı - VİDEO

    19.09.2026 21:40:12

    "Rəşad Sadıqov "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi?" – Qurban Berdiyev

    19.09.2026 20:41:44

    "Son 6 ildə çempionatda ən çox səhv "Zirə"yə qarşı olub" – Rəşad Sadıqov

    19.09.2026 20:07:19

    "Traktor"un qapıçısı "Sumqayıt"da

    19.09.2026 19:48:14

    "Zirə" son dəqiqədə vurulan mübahisəli qolla uduzdu - VİDEO

    19.09.2026 19:32:00

    "Sabah" – "İmişli": HEYƏTLƏR

    19.09.2026 19:09:50

    Ronaldo "İmişli"yə qayıtdı

    19.09.2026 17:22:42

    Avropa nəhəngləri onu axtarır

    19.09.2026 16:26:49

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45

    Prezident İsgəndər Cavadovu təltif etdi

    19.09.2026 14:45:06

    Rusiyada azərbaycanlıların dueli "sülh"lə bitdi

    19.09.2026 14:13:26

    Nəriman Axundzadə U-21 millisinə çağırıldı - HEYƏT

    19.09.2026 13:46:24
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved