Azərbaycan Premyer Liqasının VI turunda "Turan Tovuz" "Zirə"ni son saniyələrdə vurduğu qolla məğlub edib - 1:0.
Prosport.Az xəbər verir ki, matçdan sonra Tovuz klubunun baş məşqçisi Qurban Berdiyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Uşaqlara əzmkarlıqlarına görə təşəkkürümü bildirdim. Allaha da təşəkkür edirəm ki, futbolçulara kömək oldu və azarkeşlərə qələbə sevinci bəxş etdik".
- Sizin futbol fəlsəfənizə görə hakim sərt oyuna imkan verməlidir?
- Əgər hər iki tərəfə eyni dərəcədə yanaşılırsa, onda normaldır.
- Rəşad Sadıqov bildirdi ki, aut atışı zamanı bizə qarşı ədalətsizlik oldu. Bununla bağlı fikriniz necədir?
- "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi? Ruan Renato Jo Batistanı itələyəndə ikinci sarı vərəqə düşmürdü? Gəlin, oyun haqda danışaq.
