“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, klub Marko Yohanssonun transferini açıqlayıb. 28 yaşlı isveçli qapıçı ilə mövsümün sonunadək müqavilə imzalanıb. O, “Sumqayıt”da 16 nömrəli formanı geyinəcək.
Yohanssonun son klubu Təbrizin “Traktor”u olub. “Malmö” yetirməsi olan qapıçı karyerası ərzində “Hamburq”, “Bohum” və “Ayntraxt” (Braunşveyq) komandalarında da çıxış edib. O, İsveçin U-15-dən U-21-ə qədər müxtəlif yaş qrupları üzrə milli komandalarında oynayıb.
Qeyd edək ki, “Sumqayıt” yay transfer dönəmində Emil Mustafayev, Ceyms Almeyda, Jеam Oliveyra, Lukas Blak, Renan Santana və Mamadi Banqreni də heyətinə cəlb edib.
